Lotu Qulinin ölümünü ermənilər sifariş edib? – AÇIQLAMAbackend

Lotu Qulinin ölümünü ermənilər sifariş edib? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib. Onu qətlə yetirən öz yaxın adamı Xan Əhmədlinski olub. Sosial şəbəkələrdə Lotu Qulinin öldürülməsi sifarişinin ermənilər tərəfindən verilməsi iddiaları səsləndirilir. Lotu Qulinin ölümünü ermənilər sifariş edə bilərmi?

NOCOMMENT.az xəbər verir ki, KONKRET.az-ın sualını cavablandıran Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, ermənilərdən hər cür təxribat törədilməsi mümkündür:

“Təəssüf ki, ermənilərlə əlaqədə olan azərbaycanlılar da var. Lotu Qulini öldürən onun ən yaxın adamı olub. Əlbəttə, həmin şəxsi ermənilər də ələ alaraq ölümünü sifariş verə bilər, amma bu qətlə onların aralarındakı münaqişə də səbəb ola bilər. Biz təəssüf edirik ki, onlar bu yola düşüblər. Biz bütün hallarda diqqətli olmalıyıq, çünki ermənilərin əks hücumu başlayıb”.

Hafiz Hacıyev
Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri qeyd edib ki, Türkiyə ordusunun Azərbaycana gəlməsi onları qıcıqlandırıb:

“Ona görə də onlar qisas almaq üçün bu addımı ata bilərlər. Düşünürəm ki, biz ermənilərə hərtərəfli hücumlarımızı davam etdirməliyik. Hazırda hər bir vətəndaşımızı təhlükə gözləyir. Bu təhlükənin də qarşısını almaq üçün millətimizin birliyi vacibdir. Lotu Qulinin ölümü ilə bağll tam təfərrüatlar açılmayıb. Onu öldürən insan uzun müddət Lotu Qulinin yanında olub”.

Hafiz Hacıyev vurğulayıb ki, onun kimlər tərəfindən ələ alındığı istintaq zamanı bilinəcək:

“Əlbəttə, Türkiyədə ermənilər çoxdur. Onlar hərtərəfli işləyirlər. Ermənilərdən hər şey gözləmək olar”.