Lotu Qulinin qardaşı Moskvada saxlanıldıbackend

Lotu Qulinin qardaşı Moskvada saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alik Rıjıy kimi tanınan qanuni oğru Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov Moskvada saxlanılıblar.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə məlumatı “REN TV” yayıb.

Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada fitnes klublardan birinində güllələnmişdi. Polis elə həmin gün qətli törədən Mətləb Sultanovu saxlamışdı.

Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində başından güllələnərək qətlə yetirilmişdi.

Nadir Səlifovun qətlindən sonra onun dəstəsinə Namiq Səlifov rəhbərlik edir. Namiq Səlifov kriminal aləmdə Namik Bakinski kimi tanınır.