Lotu Qulinin qatili ilə bağlı YENİ FAKTLARbackend

Lotu Qulinin qatili ilə bağlı YENİ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl qətlə yetirilmiş kriminal lider Nadir Səlifovun qatili Xaqan Zeynalov (Xan Bakinski) haqda yeni təfərrüatlar məlum olub.

NOCOMMENT.az xəbər verir ki, qazet.az-a etibarlı mənbədən daxil olan məlumata görə, 1995-ci il təvəllüdlü Xaqan Zeynalov Bakının Bayıl qəsəbəsində böyüyüb.
Xanın uşaqlığı Aqil Quliyev küçəsində yerləşən məşhur “Generalskiy dvor”da keçib.

Məlumata görə, ailədə iki uşaq olub. Xaqanın özündən başqa böyük bacısı var. Mənbə Xaqanın daha sonradan ailəsi ilə birlikdə Əhmədli qəsəbəsinə köçdüyünü bildirib.

Əlavə edək ki, Bayıl qəsəbəsindəki məşhur “Generalskiy dvor”da müxtəlif illərdə hazırkı Müdafiə Naziri Zakir Həsənov ,Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanov, əməkdar artist Aygün Bəylər da yaşayıb.