Lotu Qulinin qurplaşmasına meydan oxuyan kimdir? – Şalinskinin iddiaları…backend

Lotu Qulinin qurplaşmasına meydan oxuyan kimdir? – Şalinskinin iddiaları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) qətlindən sonra onun klanında parçalanmanın yarandığı barədə məlumat yayılıdı.

NOCOMMENT yenisabah.az-a istinadən xatırladır ki, məlumatda Lotu Qulinin liderlkik etdiyi kriminal qruplaşmanın üzvləri Mahare Qvaramiya (Masi) və Merab Mzarelua (Duyake) arasında qarşıdurmanın yarandığı iddia olunurdu. Bir neçə gün sonra isə Rusiya KİV-ləri Nadir Səlifovun qardaşı, qanuni oğru Namiq Səlifovun (Namiq Bakinski) məsələyə müdaxilə etdiyi və adıçəkilən kriminalitetlərin barışdırdığını yazdı.

İndisə xəbər yayılıb ki, çeçen əsilli qanuni oğru Əhməd Dombayev (Əhməd Şalinski) Nadir Səlifovun nəzarət etdiyi biznes strukturlarına əl qoymaq istəyir.

Əhməd Dombayev yeni nəsil qanuni oğrulardandır. Lakin onun klassik oğru qaydalarına riayət etdiyi barədə məlumatlar var. Dövlət qanunlarına qarşı qəti inkarçı mövqeyi tutan Əhməd Şalinski Rusiyanın qanuni oğrular üçün ən məşəqqətli həbsxanalarında olub. Onun hətta qanuni oğruların kabusu hesab edilən Qara delfin həbsxanasında cəza çəkdiyi də bildirilir. Məlumatlara görə, Əhməd Şalinskinin Qara delfinə göndərilməsi onun birmənalı şəkildə inkarçı mövqeyi ilə bağlı olub. Bununla belə, hətta Qara delfinin qorxunc əməkdaşları da bunu bacarmayıb.

Əhməd Dombayevin dönməzliyi oğru dünyasının liderlərinin diqqətini çəkib. Xüsusilə, qanuni oğrular Merab Canqveladze və Tariel Onianinin Əhməd Şalinski kriminal iyerarxiyanın ən yüksək titulunun verilməsində fəallıq ediblər. Maraqlıdır ki, çeçen əsilli qanuni oğru əvvəlcə bu titulu qəbul etməyib. Mərhum azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin liderlik etdiyi 2012-ci ildə keçirilən məşhur Dubay soxdkasında Əhməd Şalinski də kriminal elitaya qəbul edildi. Yeri gəlmişkən, həmin sxodkada Əhməd Şalinski də daxil 16 nəfər qanuni oğru titiluna layiq görülüb. Ded Xasan və onun klanı dərhal sözügedən sxodkanın nəticələrini tanımadıqlarını bəyan etdilər. Bundan sonra həmin vaxt həbsxanada olan Əhməd Şalinskinin məktubu ortaya çıxdı. O, məktubunda qanuni oğru titulundan imtina etdiyini bildirirdi. Çeçen əsilli kriminalitet bunun səbəbini yazmasa da, iki ay sonra Ded Xasanın klanı tərəfindən taclandırılanda bəlli oldu ki, o, sadəcə seçimini edib.

Canqveladze-Oniani qruplaşmasının Əhməd Şalinskiyə qanuni oğru titulu verilməsində xüsusi maraqları var idi. Məsələ burasındadır ki, Ded Xasanın klanı ilə rəqabət aparat Canqveladze-Oniani qruplaşması itkilərə məruz qalmışdı. Bu boşluğu doldurmaq və daha da güclənmək üçün Əhməd Şalinski kimi hətta Qara Delfində belə, mövqeyindən geri çəkilməyən fiqur lazım idi. Qarşı tərəf bunu anladığndan buna imkan vermədi. Əhməd Şalinski Ded Xasanın klanında yer aldı. Doğrudur, o, qanuni oğru tituluna layiq görüləndə artıq Ded Xasan yox idi. Bununla belə, çeçen əsilli kriminalitetin bu klanı seçməsi Ded Xasanın tərəfdarlarının gücünə əlavə güc qatmış oldu. Təsadüfi deyil ki, Əhməd Şalinski qanuni oğru tituluna layiq görüləndən sonra əks cəbhədə dayanan Rövşən Lənkəranskinin qanuni oğru titulundan məhrum edilməsi barədə proqona imza atdı. Bundan bir müddət sonra Rövşən Lənkəranski qətlə yetiriləcəkdi.

2009-cu ildə həbs edilən Əhməd Şalinski 2019-cu ildə azadlığa buraxıldıqdan sonra bir müddət Çeçenistanda qalıb. Daha sonra Rusiyaya qayıdıb. Onun hazırda Çelyabinsk vilayətində kriminal vəziyyətə nəzarət etdiyi bildirilir. Əhməd Dombayevlə Nadir Səlifov arasında indiyə qədər hər hansı mübahisəli məsələ qeydə alınmayıb. Əvvəla, onlar Ded Xasanın liderlik etdiyi qruplaşmanın təmsilçisi olublar. Aslan Usoyan dünyasını dəyişdikdən sonra bu klan bir neçə yerə parçalanıb. Digər tərəfdən, Lotu Quli azadlığa buraxıldıqdan sonra müstəqil hərəkətə üstünlük verib və özünün klanını formalaşdırıb.

Bu klana daxil olan Merab Mzarelua və Qela Kardava, Timur Sverdlovski Əhməd Şalinskini taclandıran şəxslərdir. Onlardan Mzarelua və Qela Kardava Lotu Qulinin qruplaşmasındadır. Bəzi iddialara görə, Əhməd Şalinskinin önə çıxması sadəcə Namiq Bakinskinin varis kimi qəbul edilməməsindən irəli gəlir. Halbuki, Namiq Səlifov bir neçə addımı ilə, o cümlədən Mzarelua və Qvaramiyanı barışdırması onun heç də qardaşından geri qalmadığını göstərir. Bu halda Əhməd Şalinskinin iddiaları cavabsız qalmaya bilər. Bu isə kriminal dünyada yeni toqquşmanın əsasını qoya bilər. Əhməd Şalinski ilə Lotu Qulinin qruplaşmasının üz-üzə gəlməsi isə bütün klanların müharibəyə cəlb olunmasını şərtəndirə bilər.