Lotu Qulinin titul verdiyi qanuni oğrunu belə alçaltdılarbackend

Lotu Qulinin titul verdiyi qanuni oğrunu belə alçaltdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Minsk şəhərinin mərkəzində belarus kriminalitetinin xaç atası sayılan Saşa Kuşner ləqəbli qanuni oğru Aleksandr Kuşner vəhşicəsinə döyülüb. Hadisə Belarusun 1 nömrəli avtoritetinin nüfuzunu itirməsinə gətirib çıxarıb. Avtoritetin döyülməsi kriminal aləmdə yeni müharibələrin başlanmasına səbəb olacaqmı?

NOCOMMENT-in panorama.az-a istinadən məlumatına gore Lenta.ru saytı yazır ki, Şaşa Kuşnerin ictimaiyyət önündə bu cür alçaldılması onun oğru tituluna, cinayətkar aləmdə lider mövqeyinə, nüfuzuna ağır zərbə vura bilər. Bu ərəfədə isə Minskdəki istintaq təcridxanasından yenicə azadlığa çıxan kriminal aləmdəLavasoğlu ləqəbi ilə tanınan gürcü avtoritet Mindiya Qoradze özünü faktiki olaraq Belarus kriminalının kuratoru elan edib.

Xatırladaq ki, vaxtilə Moskvada həbs olunan Şaşa Kuşner azadlığa çıxan kimi Rusiyada qalmayaraq Türkiyəyə yollanmış, İstanbulda yaşayan kriminal avtoritet Lotu Quliyə sığınaraq ona beyət etmişdi.

Qanuni oğruya hücum kriminal aləm üçün çox ciddi hadisədir

Yanvarın 17-də yaşadığı evin həyətində arvadı ilə birgə itini gəzdirən Saşa Kuşnerə hücum edilib. Bir neçə nəfər avtoritetin üstünə cumaraq onu təpikləməyə və dəmir dəyənəklərlə döyməyə başlayıblar. Məlum olub ki, avtoriteti vəhşicəsinə döyərək ona xəsarət yetirənlərə kriminal aləmdə Şults ləqəbi ilə tanınan, oğru tituluna iddialı olan Aleksandr Şulbert başçılıq edib. Saşa Kuşnerə hücum etdiklərini və onu döydüklərini sübut etmək üçün hətta bunu videolentə də alıblar. Hadisə şahidləri bildiriblər ki, həmin vaxt zərərçəkmişin üzərində bıçaq olsa da, bundan istifadə etməyə macal tapmayıb. Deyilənlərə görə, guya Saşa Kuşneri döyərkən arvadından polis çağırmasını tələb edib. Qanuni oğru üçün hakimiyyət nümayəndəsi, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istənilən əlaqə oğru dünyasının qanunlarının pozulması və oğru titulundan məhrum edilməsi üçün əsas hesab olunur.

Ümumiyyətlə, Şults Saşa Kuşneri çoxdan hədələyirdi. Şultsun iddiasına görə, Kuşner ona və digər avtoritetlərə qarşı münasibətlərdə özbaşına qərarlar qəbul edib.

Kuşner Belarus cinayət aləminin liderinə necə çevrilib?

Saşa Kuşner 1990-cı illərdə Serqey Morozovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub. 2011-ci ildə kriminal aləmin xaç atası hesab edilən Ded Xasan tərəfindən taclandırılıb.

Şaşa Kuşner iki belarus qanuni oğrusu – Aleksandr Timoşenko (Timoxe) və Dmitri Qaleyevə (Qaley) zidd olaraq taclandırılmışdı. Adları çəkilən şəxslərin hər ikisi Ded Xasanın gürcü oğru klanından olan opponentlərinə yaxınlaşıblar. Belarusun daxili işlər nazirliyinin korrupsiyaya qarşı mübarizə baş idarəsinin keçmiş rəis müavini Vladimir Tixin isə Kuşnerin himayəçisinə çevrilib. Bir sözlə, Belarusun cinayət aləminə Saşa Kuşner tək başçılıq edib.

Tacqoymadan dərhal sonra gürcü əsilli avtoritetlər buna etiraz ediblər. Amma oğru dünyasındakı bu konflikt tez bir zamanda öz həllini tapıb. Həmin ərəfədə İspaniyadan yenicə qayıdan qanuni oğru, hazırda Rusiyanın cinayətkar aləminin lideri sayılan Şakro Molodoy Kuşnerin oğru səlahiyyətlərini yenidən dayandırıb.

Lakin azərbaycanlı qanuni oğru, ötən il avqustun 20-də Türkiyədə qətlə yetirilən Lotu Quliyə sığınan, ona beyət edən Kuşner yalnız həmin mühitdə faktiki olaraq qanuni oğru kimi qala bilib.

Lotu Qulinin qətli və Saşa Kuşner üçün sonun başlanğıcı

Kuşnerin həyatındakı qara zolaqlar iki il öncə başlanmışdı. Onun kriminal avtoritetlər – Dodo, Nemets və Şultsla münasibətləri korlanmışdı. Saşa Kuşneronların böyümələrindən ehtiyatlanır, özündən kənarlaşdırır, bratvanın gözündən salmağa çalışırdı.

Bunun cavabında isə Kuşnerlə hesablaşmaq qərarına gələn Şults ona sui-qəsd planı hazırlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsun niyyətinin ciddiliyini anlayaraq baş verəcək böyük kriminal müharibədən ehtiyatlanıb. Çox keçməyib ki, Şults qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq həbsə göndərilib. Kuşner Şultsun uzun müddət həbsdə oturacağını güman edib. Lakin ölkə prezidentinin imzaladığı amnistiya qərarına əsasən Şultsun cəzası azaldılıb və bir il sonra həbsdən buraxılıb.

Qanuni oğru olmaq üçün Şults öz hədəfinə doğru ardıcıllıqla hərəkət edib, həbsxanada cəza çəkərkən özünü yaxşı tanıdıb. Saşa Kuşner onu Belarusa nəzarətçi təyin edib. Sonradan Boqdan ləqəbli kriminal avtoritet onu əvəz edib. 2019-cu ildə Kuşnerin Dodo və Nemetslə münaqişəsi yarandıqda Şults onların tərəfini dayanıb.

Eyni zamanda gürcü klanı Kuşnerlə məsələni həll edəcəyi təqdirdə Şults a oğru titulu söz veriblər. Həmçinin, Şultsun namizədliyi cinayətkar aləmdə hamını qane edib. Düzdür, onun oğru titulu özünü Belorusun cinayətkar dünyasının xarici kuratoru elan edən, 39 yaşlı gürcü əsilli Lavaşoğlu ləqəbli qanuni oğru Mindi Qoradzenin mövqeyindən də asılı olacaq.

Minsk türməsində il yarım cəza çəkən Lavaşoğlu həbsxanada öz prinsipiallığı ilə yaxşı yadda qalıb. O, etiraz əlaməti olaraq iki dəfə ağzını tikib. Paralel olaraq qanuni oğru Belorusun cinayətkar aləmində nələr baş verdiyini də yaxşı anlayıb. Ona görə də bütün fikir ayrılıqlarına son qoymaq qərarına gəlib. O, özünü ölkənin yeganə qanuni oğrusu elan edib.