Xorvatiyalı Luka Modriç ‘”Real” (Madrid) klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yarımmüdafiəçi La Liqanın X turunun “Selta” ilə görüşündə (39 yaş 40 gün) bu rekorda imza atıb.
O, 1966-cı ildə “Kral klubu”nun heyətində meydana çıxan ən yaşlı futbolçu Ferents Puşkaşın (39 yaş 36 gün) rekordunu yeniləyib.