Lukaşenko: Almaniya Rusiya ilə münasibətləri bərpa etməlidirbackend

Lukaşenko: Almaniya Rusiya ilə münasibətləri bərpa etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya öz iqtisadiyyatı naminə Rusiya ilə münasibətləri bərpa etməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Şurasının iclasından sonra bildirib.

“Qoy qaz alsınlar, Rusiyaya pul ödəsinlər və normal münasibətləri bərpa etsinlər. Rusiyanın adına deyil – Rusiya onlarsız da öhdəsindən gələ bilər, biz də. Almaniya iqtisadiyyatı adına onu bərpa etsinlər”, – deyə o vurğulayıb.

Bundan əvvəl bundestaqın Sahra Vaqenknext Blokundan olan deputatı Klaus Ernst bəyan etmişdi ki, Almaniya “Şimal axını 2” qaz kəmərinin sağ qalan qolu vasitəsilə Almaniyaya qaz nəqlinin bərpası ilə bağlı Rusiya ilə danışıqlara başlamalıdır. Siyasətçi qeyd edib ki, almanlar nəhayət, “əlverişli enerjini” qaytarmalıdırlar.

Ernstin fikrincə, Almaniya artıq siyasi kursunu Almaniyadakı böhrana görə məsuliyyət daşıyan ABŞ-ın siyasətinə uyğunlaşdırmamalıdır.