Lukaşenko: Belarus xarici təcavüzə ildırım sürəti ilə və tərəddüd etmədən cavab verəcəkbackend

Lukaşenko: Belarus xarici təcavüzə ildırım sürəti ilə və tərəddüd etmədən cavab verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun digər ölkələrin mümkün təcavüzünə reaksiyası ildırım sürəti ilə olacaq, – Respublika Prezidenti Aleksandr Lukaşenko bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

Mayın 6-da dövlət başçısı Böyük Vətən Müharibəsində Sovet xalqının Qələbəsinin 80 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edib. Tədbir Minskdə keçirilib.

“Müasir Qərb siyasətçilərinin döyüşkən ritorikasına cavab olaraq qısaca deyim: bizim istənilən potensial təcavüzkara düzəlməz, qəbuledilməz zərər vurmaq imkanımız var”, – Lukaşenko qeyd edib.

O əlavə edib ki, silahlı münaqişənin baş verməsini istəmir.