Belarusda bu yaxınlarda keçirilən prezident seçkilərinin keçirilməsi beynəlxalq meyar rolunu oynaya bilər.
NOCOMMENT.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə respublika prezidenti Aleksandr Lukaşenko bildirib.
Belarus lideri andiçmə mərasimi zamanı vurğulayıb ki, “biz seçki suverenliyini fəaliyyətdə nümayiş etdirdik”.
Lukaşenko qeyd edib ki, Belarus əvvəlki illərdə ölkədə seçkilərin keçirilməsi üçün standart formalaşdıra bilib. Onun sözlərinə görə, üç onillik ərzində respublika “bütün dünyada öz izlərini qoya bilmişdir”. Siyasətçi ona səs verən seçicilərə, eləcə də seçki komissiyalarının işçilərinə də təşəkkür edib.
Bundan əvvəl Lukaşenko inauqurasiya mərasimində and içərək, Belarus prezidenti vəzifəsinin icrasına başlayıb. “Yanvarın 26-da biz daha bir tarixi yol ayrıcını keçdik”, – Belarus lideri əlavə edib.