Lukaşenko: “Dünya yeni qlobal fəlakətin astanasındadır”backend

Lukaşenko: “Dünya yeni qlobal fəlakətin astanasındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərbin başlatdığı “səlib yürüşü” səbəbindən dünya fəlakətin astanasındadır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Onlar üçün 45-ci ildə heç nə bitmədi. Üstəlik, yeni bir “səlib yürüşü” başladı. Yenə düşünürlər ki, nasizmi öz evlərindən uzaqda böyüdə və bu canavarı qısa bir zəncirdə saxlaya bilərlər. O, özünü itirəcək, amma onlara, öz evlərinə gələcək”, – Lukaşenko Belarusun Müstəqillik Gününə həsr olunmuş təntənəli iclasda deyib.

Prezidentin sözlərinə görə, Qərbdə faşizmlə mübarizədə həlak olmuş sovet əsgərlərinin məzarlarını və abidələrini dağıda, bütün dərslikləri yenidən yaza bilərlər, lakin Böyük Vətən Müharibəsinin nəticələrini dəyişmək mümkün deyil.

Dövlət başçısı həmçinin vurğulayıb ki, “dünya yenidən daha bir qlobal fəlakətin astanasındadır”.