Lukaşenko: Fərqli resurslar Birlik Dövlətinin gücüdürbackend

Lukaşenko: Fərqli resurslar Birlik Dövlətinin gücüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus və Rusiya resursları fərqli olsa da, bu Birlik Dövlətinin gücüdür.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın “Razvedçik” jurnalına müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Güclü suveren dövlətlər – güclü ittifaq deməkdir. Bu, hər hansı inteqrasiyanın uğur formulu kimidir. Bəli, Belarus və Rusiyanın resursları fərqlidir. Amma məhz bu, Birlik Dövlətinin gücünü göstərir. Biz bir-birimizi təkrarlamırıq, əksinə orqanik şəkildə tamamlayır, boşluqları doldurur və üstünlükləri artırırıq”, – deyə Lukaşenko bildirib.