Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Moskva və Minsk idxal əvəzlənməsini gücləndirməlidir.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Mir” teleradio şirkətinə müsahibəsində bildirib.
“Biz özümüzü gücləndirməliyik – idxalın əvəzlənməsi, texnoloji suverenlik və s”, – ölkə başçısı bildirib.
Belarus prezidentinin sözlərinə görə, ölkələrin bunun üçün xammalı, texnologiyası var.
“Bəlkə də onlar müəyyən mənada ən qabaqcıl texnologiyalar deyillər, lakin mövcuddurlar”, – deyə o vurğulayıb.