Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, bəzi məhbusların azad olunması ilə bağlı danışıqlar yalnız ABŞ-la aparılır, ölkə xaricində yaşayan Belarus müxalifət nümayəndələri ilə deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı BelTA yayıb.
“Amerikalılara dərhal xəbərdarlıq etdim: siz qaçqınlarımızla əlbir olub burada nəyisə həyata keçirməyə başlayanda, biz dərhal bütün danışıqları dayandıracağıq”, – Lukaşenko deyib.
Belarus lideri vurğulayıb ki, ölkəni tərk etmiş müxalifətçilərin ABŞ-la məhbusların əfv olunması üzrə danışıqlarla heç bir əlaqəsi yoxdur.