Belarus prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ölkənin baş naziri təyin edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Respublika Konstitusiyasına görə, Baş naziri Nümayəndələr Palatasının əvvəlcədən razılığı ilə prezident təyin edir. Bu prosedur həyata keçirilib.
Bundan əvvəl Lukaşenkonun Rusiyaya səfər edəcəyi məlum olub. Onun Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcəyi məsələlərin əhəmiyyətli bir hissəsi beynəlxalq vəziyyətə toxunacaq.