Lukaşenko Putinə söz verdi: Su-25 dəstəyibackend

Lukaşenko Putinə söz verdi: Su-25 dəstəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya qarşı uzunmüddətli müharibəni dəstəkləmək və ordusunu yenidən silahlandırmaq üçün Belarusun müdafiə sənayesinin elementlərini mənimsəmək niyyətindədir.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Bildirilir ki, fevralın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko Putinlə görüşdə Rusiyanın bu prosesə artıq başladığını təsdiqləyib:

“Lukaşenko xüsusilə, Belarusun aerokosmik sənayesinin Rusiya texnologiyalarının dəstəyi ilə rus ordusu üçün Su-25 hücum təyyarələrini istehsal etməyə hazır olduğunu bəyan edib”.

Analitiklər hesab edirlər ki, Rusiya öz hərbi potensialını gücləndirmək üçün Belarusun hərbi-sənaye kompleksindən daha fəal istifadə edəcək.

Qeyd edək ki, Belarus lideri Lukaşenkonun ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.