Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Rusiya Federasiyasından Avropa ölkələrinə qaz nəqli məsələsini müzakirə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Belarus lideri Birinci İnformasiya Kanalında bildirib.
“Dünən mən Vladimir Vladimiroviçdən rusların qazı satmağa hazır olub-olmadığını soruşdum. Deyir ki, biz həmişə hazırıq. Ona görə də alsınlar, Rusiyaya pul ödəsinlər, normal münasibətləri bərpa etsinlər. “Rusiya adına deyil, Rusiya onsuz da öhdəsindən gələ bilər”, – Lukaşenko bildirib.
Bir gün əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, Avropa hazırda qazla bağlı gərgin vəziyyət yaşayır, anbarlardakı ehtiyatlar son beş ildəki orta göstəricidən 3-5% aşağıdır. Onun sözlərinə görə, Rusiya Federasiyasından yanacağın gəlməkdə davam etməsinə baxmayaraq, regionda vəziyyət gərginləşib.