Lukaşenko Rusiyanın yardımını yüksək qiymətləndirdibackend

Lukaşenko Rusiyanın yardımını yüksək qiymətləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkəsi atom elektrik stansiyasının tikintisində göstərdiyi köməyə görə Rusiya Federasiyasına və onun prezidenti Vladimir Putinə minnətdardır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya sayəsində Belarus həqiqətən də nüvə ölkəsinə çevrilib, çünki Moskva həmişə tərəfdaşları ilə qabaqcıl texnologiyaları bölüşməyə hazırdır.

“Rusiyanın bu gün ən məxfi sahəsində gizlədəcək sirri yoxdur. <…> Mənim fikrimi təkzib etməyə çalışın. Çətin vaxtlarda Rusiya bizə ən gizli sahəni açır”, – deyə Lukaşenko bildirib.