Lukaşenko: Trampın gəlişi ilə Belarusda deyil, Avropada problemlər olacaqbackend

Lukaşenko: Trampın gəlişi ilə Belarusda deyil, Avropada problemlər olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın gəlişi ilə Belarusda deyil, Avropada problemlər olacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Lukaşenko Donald Trampın Ağ Evə gəlməsi ilə ölkəsi üçün heç bir problem görmür:

“Trampın gəlişi ilə Belarusda yox, Avropada problemlər olacaq. Artıq başlayıb. Trampın qələbəsindən sonra Avropada vəziyyətdən çıxış yolu tapmaq üçün ilan kimi fırlanırlar”.