Lukaşenko yaşıl gündəmi mənasız adlandırıbbackend

Lukaşenko yaşıl gündəmi mənasız adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ekoloji problemlərin həlli ölkələrin qarşıdurması şəraitində mənasızdır. Bu barədə RİA Novosti məlumat yayıb.

“Etiraf etməyin vaxtıdır: yaşıl gündəm qarşıdurma şəraitində mənasızdır. Bu, hörmət, ölkələrin suverenliyi və qeyd-şərtsiz ədalət tələb edir”, – deyə Belarus prezidenti Dubayda BMT-nin iqlim sammitində bildirib.

O, bəyan edib ki, Belarus iqlim dəyişikliyi risklərini minimuma endirərək yaşıl və nüvə enerjisini inkişaf etdirir, lakin buna cavab olaraq o, yeni iqtisadi sanksiyalar, beynəlxalq ticarətə maneələr və texnologiyaya məhdud çıxış əldə edir. Lukaşenko hadisələrin bu cür inkişafını paradoksal adlandırıb.