Düşənbədə MDB sammiti başlamazdan əvvəl Belarus lideri Aleksandr Lukaşenko prezident İlham Əliyevin yanında əyləşən Nikol Paşinyanla zarafat edib.
NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Belarus mətbuatı videogörüntü paylaşıb.
Belarus lideri azərbaycanlı həmkarına müraciət edərək təbəssümlə deyib: İlham Heydəroviç, dünən narahat idin, dedin gəlməyəcək. Amma mən dedim: Nikol Vovayeviç bizsiz heç yerə getməz!”
Paşinyan onun bu sözlərinə belə cavab verib: “Nə demək istəyirsən, mən gəlməyəcəm?”