Lukaşenkodan maraqlı çağırış – Düyməli telefonlardan…..backend

Lukaşenkodan maraqlı çağırış – Düyməli telefonlardan…..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko əhalini düyməli telefonlardan istifadə etməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, o, Ümumrusiya Xalq Məclisində ABŞ-ın nəzarətindən yayınmaq üçün smartfonlardan deyil düyməli telefonlardan istifadə etməyi məsləhət bilib.

Prezident bildirib ki, “ağıllı insanlar” çoxdandır ki, düyməli telefonlardan istifadə edir.

“On ikinci smartfon və iPhone-dan danışmıram. Amerikalıların sizi hər dəqiqə olduğunuz yerdə izləməsini istəyirsiniz? Siz bu iPhone-larda nə axtarırsınız?”-deyə Lukaşenko bildirib.

Qeyd edək ki, daha əvvəl Aleksandr Lukaşenko bu cihazları təhlükəli hesab etdiyi üçün cib telefonu istifadə etmədiyini etiraf edib.

Jalə Bədirova