Lukoyl axtarışlara başladı – Ələkbərovun şirkətində vəziyyət çətinləşibbackend

Lukoyl axtarışlara başladı – Ələkbərovun şirkətində vəziyyət çətinləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın enerji şirkəti olan “Lukoyl” beynəlxalq aktivlərinin satışına görə, bir neçə potensial alıcı ilə danışıqlar aparır.

NOCOMMENT.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti açıqlama yayıb.

Məlumata görə, son danışıqlar başa çatdıqdan və bütün zəruri tənzimləyici təsdiqlər alındıqdan sonra konkret bir razılaşma elan ediləcək.

Bəyanatda qeyd olunur ki, Lukoyl aktivlərin satışı və yeni sahiblərinə təhvil verilməsi zamanı əməliyyatların davamlılığını təmin edəcək.

“Bu, fəaliyyət göstərdiyi ölkələrə əməliyyatlarda və enerji təchizatında fasilələr riskinin qarşısını alacaq və iş yerlərini qoruyacaq”, – deyə şirkətdən vurğulanıb.

Zatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rosneft, Lukoyl və onların 34 törəmə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə şirkətlərin ABŞ-dakı bütün aktivlərinin dondurulması və Amerika qurumlarının onlarla iş görməsinin qadağan edilməsi daxildir.