Lüks geyimlər markası müflis oldubackend

Lüks geyimlər markası müflis oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın lüks geyimlər istehsalçısı “Escada” şirkəti müflisləşdiyinə dair ərizəsini Münhen məhkəməsinə təqdim edib.

NOCOMMENT.az yerli KİV-ə istinadən xəbər verir ki, şirkətin açıqlamasında bahalı geyim bazarında rəqabətin artması və pandemiyanın yaratdığı fəsadlar nəticəsində müflisləşdikləri göstərilsə də, əslində şirkət neçə illərdir zərərlə işləyirdi.

Qeyd edək ki, hələ 1978-ci ildə təsis edilən, 90-cı illərdə ən böyük yüksəlişini yaşamış “Escada” 2009-cu ildə də müflisləşdiyini elan etmiş və hindistanlı milyarder Lakşmi Mittalın ailəsi tərəfindən satın alınmış, rəhbərliyinə də onun gəlini Meqha Mittal gəlmişdi. Ötən il isə şirkət “Regent” sərmayə fonduna satıldı.
Report