Lüksemburqda axtarılan şəxs Ermənistanda tutuldubackend

Lüksemburqda axtarılan şəxs Ermənistanda tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lüksemburqun İnterpolu tərəfindən axtarışda olan Belarus vətəndaşı Aleksey Q. Ermənistanda saxlanılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs yanvarın 8-də Moskvadan İrəvana uçan təyyarə ilə gələndən sonra Zvartnots hava limanında saxlanılıb.

Polisin məlumatına görə, Aleksey Q. Lüksemburqda oğurluqda və cinayətkar qrup təşkil etməkdə şübhəli bilinərək axtarışdadır.

Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.