Lula da Silva: 2025-ci il beynəlxalq nizamın çökməsi ilə tarixə düşə bilərbackend

Lula da Silva: 2025-ci il beynəlxalq nizamın çökməsi ilə tarixə düşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1945-ci ildən BMT-nin himayəsi altında mövcud olan beynəlxalq münasibətlər sistemi bu il tamamilə çökə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasiu Lula da Silva deyib.

“2025-ci il BMT-nin 80 illik yubileyinin qeyd olunma ili olmalı idi. Lakin o, 1945-ci ildə yaradılmış beynəlxalq nizamın dağıldığı il kimi tarixə düşə bilər”, – Braziliya lideri bildirib.

Lula da Silvanın sözlərinə görə, mövcud beynəlxalq düzənin ilk sarsıntıları ABŞ-ın İraq və Əfqanıstana müdaxiləsi ilə başlayıb. Bu gün isə sistemin böhranının ən parlaq nümunəsi Qəzza zolağında baş verən münaqişədir.

Braziliya Prezidenti Yaxın Şərqdə baş verənləri soyqırım kimi tanımaqdan imtinanı bəşəriyyətin fundamental dəyərlərinin inkarı kimi qiymətləndirib. Onun fikrincə, sonuncu dönüş nöqtəsi isə İrana edilən hücumdur.

Lula həmçinin vurğulayıb ki, müasir dünyada bir sıra ölkələr beynəlxalq münasibətlərdə və iqtisadiyyatda “güc prinsipi” ilə hərəkət edir ki, bu da qlobal ticarətə ciddi zərbə vurur.

O, həmçinin bildirib ki, əgər ABŞ 1 avqusta qədər Braziliya məhsullarına tətbiq etdiyi 50%-lik tarifləri ləğv etməsə, Cənubi Afrika Respublikası həmin tarixdən etibarən ABŞ mallarına qarşı “güzgü rüsumları” tətbiq edəcək.