Luvrdan oğurlanan 9 zinət əşyasından daha biri tapılıbbackend

Luvrdan oğurlanan 9 zinət əşyasından daha biri tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdəki Luvr Muzeyindən oğurlanan doqquz daş-qaşdan daha biri tapılıb.

NOCOMMENT.az bildirir ki, Le Parisien qəzeti öz mənbələrinə istinadən xəbər verir.

Nəşrdə oğurlanmış qiymətli əşyalar siyahısından hansı zinət əşyasının müzakirə olunduğu açıqlanmır. Lakin imperator III Napoleonun həyat yoldaşı imperatriça Eugénie de Montijoya məxsus tac daha əvvəl aşkar edilmişdi.

Məlum olub ki, quldurluqda dörd nəfər əli olub. Onlardan ikisi sarı qoruyucu jilet geyinərək işçi qiyafəsində məşhur Paris muzeyinə daxil olublar. Digər ikisi skuter sürərək Luvrun pəncərələrindən birinin altında cinayət ortaqlarını gözləyirdilər.

Bundan əvvəl Fransanın daxili işlər naziri Loran Nunes oktyabrın 19-da səhər saatlarında Luvrda baş vermiş qarətin təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, oğrular binaya daxil olmaq üçün tikinti nərdivanından istifadə ediblər. Onlar yük liftindən istifadə edərək Apollon Qalereyasına çatdılar. Muzeyə təmir işləri gedən Sena sahilindən daxil olublar.