Mәhәmmәd Cavad Zәrif ABŞ rәsmisi ilә görüşdüyünü etiraf edibbackend

Mәhәmmәd Cavad Zәrif ABŞ rәsmisi ilә görüşdüyünü etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Nyu Mexiko ştatının keçmiş valisi Bill Riçardsonla görüşdüyünü etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, İranın rәsmi ‘‘İran’’ qәzetinә müsahibә verәn Xarici İşlәr Nazirliyinin sözçüsü Abbas Musәvi xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrifin bir neçә ay әvvәl Amerika Birlәşmiş Ştatlarının Nyu Mexiko ştatının keçmiş valisi ilә ABŞ-da hәbsdә olan İran vә İranda hәbsdә olan ABŞ vәtәndaşlarının mәsәlәsini müzakirә etdiklәrini deyib.

Abbas Musәvi ABŞ vә onun müttәfiqi sayılan ölkәlәrdә hәbsdә olan İran vәtәndaşlarının azad edilmәlәri üçün göstәrilәn sәylәrin müsbәt qarşılandığını ifadә edib.

Qeyd edək ki, iyunun 3-də ABŞ-da saxlanılan Siruş Əsgəri azad edilib. Bu addımdan sonra 683 gün İran həbsxanasında saxlanılan ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş nümayəndəsi Maykl Vayt azad edilib.

Məhəmməd Cavad Zərif razılaşmanın bəzi şəxslərə deyil, ABŞ-da və onun müttəfiqi sayılan ölkələrdə həbsdə olan bütün məhbuslara şamil olunacağını bildirib.

Bill Riçardson isə rәsmi internet sәhifәsindә verdiyi açıqlamada məhbuslar məsələsini Zəriflə müzakirə etdiklərini deyib.