Maaş və pensiyalar artırılacaq? – AÇIQLAMAbackend

Maaş və pensiyalar artırılacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə cari ilin dövlət büdcəsinə dəyişiklik müzakirə olunur. Müzakirəyə çıxarılan layihədə dövlət büdcəsinə yenidən baxılması, müxtəlif sahələrə vəsaitin artırılması nəzərdə tutulur.

Büdcəyə dəyişiklik zamanı pensiya və əməkhaqları artırıla bilərmi?

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bilidirib ki, iki istiqamət üzrə, yəni işğaldan azad edilmiş ərazilərlə bağlı və ordu quruculuğu ilə bağlı xərclər daha çox artırılacaq.

“Sosial müdafiə istiqamətinə 299 milyon manat əlavə vəsait ayrılacaq. Bu vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi, kimlərin təqaüd və maaşlarının artırılacağı ilə bağlı informasiya yoxdur. Mən şəxsən minimum əmək haqqı ilə bağlı artımın olacağını düşünmürəm. Çünki Azərbaycanda həmişə minimum əməkhaqqı Prezident fərmanı ilə artıb. Ona görə də, büdcəyə baxılarkən artımın olacağına çox az ehtimal var”, – deyə N.Cəfərli vurğulayıb.

İqtisadçı deyib ki, ayrılan vəsait cəmi 300 milyon manat olduğundan bunun həm də təqaüdlərə aid ediləcəyini düşünmək çətindir: “Çünki ölkədə 1 milyon 300 min təqaüdçü var. Ancaq qazilərin, şəhid ailələrinin və bu kimi sosial qrupa aid olan şəxslərin müavinətlərində artım ola bilər”.