Maaş və pensiyalarda yeni artımlar olacaq? – VACİB AÇIQLAMA – VİDEObackend

Maaş və pensiyalarda yeni artımlar olacaq? – VACİB AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya bazarında “Brent” markalı neftin qiymətində artımlar müşahidə edilir. Son qiymətlər göstərir ki, bir barel “Brent” markalı neftin qiyməti 90 dollardan baha təklif olunur”.

NOCOMMENT.az BAKU.WS -ə istinadən xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, bir ay öncə bu rəqəm 82 ABŞ dolları təşki ledirdi:

“Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır.

Nəzərə almaq lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin 45%-i, cari xərclərinin 70%-i sosial xərclər təşkil edir. Növbəti dövrlərdə fiskal gəlirlərimizə uyğun olaraq sosial istiqamətdə artımların olacağı istisna deyil”.