Maaşlarla bağlı şad xəbər – Gələn aydan…backend

Maaşlarla bağlı şad xəbər – Gələn aydan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
 
Onun sözlərinə görə, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir:
“Gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alırsa, minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa, onun maaşı ən azı o qədər artmalıdır”.
Deputat əlavə edib ki, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa, bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır:
“Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əmək haqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir.
Daha yüksək maaş alanların əmək haqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır”.