Macarıstan Aİ-nin Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalarını dəstəkləməyəcəkbackend

Macarıstan Aİ-nin Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalarını dəstəkləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Rusiyanın nüvə enerjisinə qarşı məhdudiyyətlərin 12-ci sanksiyalar paketinə daxil edilməsi imkanını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib ki, Macarıstan bu cür sanksiyalara qarşıdır və heç vaxt razı olmayacaq.

“Macarıstan Rusiyanın nüvə enerjisinə qarşı sanksiyaları heç bir formada dəstəkləməyəcək. Qərar vermək üçün Aİ ölkələrinin yekdil mövqeyi tələb olunur. Beləliklə, Avropa Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalar barədə qərar verə bilməyəcək”, – nazir vurğulayıb.

“Bu cür sanksiyalar Macarıstanın qısa, orta və uzunmüddətli perspektivdə enerji təchizatının təhlükəsizliyini sarsıdacaq”, – deyə Szijarto izah edib.