Macarıstan Aİ-nin Ukraynaya əcnəbi hərbi təlimatçılar göndərmək planına mane olubbackend

Macarıstan Aİ-nin Ukraynaya əcnəbi hərbi təlimatçılar göndərmək planına mane olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Aİ-nin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək üçün Ukraynaya hərbi təlimatçılar və məsləhətçilər göndərmək planına mane olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Biz bu təklifə “yox” deyirik, biz Aİ-nin Brüsseldəki xarici əlaqələr xidmətinə bildirdik ki, bu formada təklifi dəstəkləyə bilmərik, biz onlardan onu yenidən işləməyi xahiş etdik”, – RİA Novosti agentliyi Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərindən sitat gətirir.

Diplomat xatırladıb ki, Aİ-nin 2022-ci ilin noyabrında ukraynalı hərbçilərə icma ölkələrinin ərazisində təlim keçməsi üzrə missiyasının müddəti tezliklə başa çatacaq. İndi Avropa İttifaqı nəinki onun müddətini uzatmaq, həm də Ukraynaya təlimatçılar və hərbi məsləhətçilər göndərmək istəyir ki, onlar Ukrayna Silahlı Qüvvələrinin təlimini əlaqələndirsinlər və həmçinin onun effektivliyinin artırılmasına kömək etsinlər.

Macarıstanda Aİ-nin planı hərbi eskalasiya baxımından son dərəcə təhlükəli addım adlandırılıb.

Siyarto xatırladıb ki, Macarıstan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin təlimini maliyyələşdirmir. Onların təlimi ölkə ərazisində keçmir.