Avropa İttifaqı Macarıstan üçün nəzərdə tutulan vəsaiti Avropa fondlarında dondursa, Macarıstan Aİ-nin Ukraynanın dörd il ərzində 50 milyard avro məbləğində maliyyələşdirilməsi təklifinə qoyulmuş vetonu ləğv etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müşaviri Balazs Orban Bloomberg agentliyinə müsahibəsində bildirib.
“Avropa İttifaqının Macarıstanı maliyyələşdirməsi və Ukraynaya maliyyə ayırması iki ayrı məsələdir”, – deyə bildirilib.
Rəsminin sözlərinə görə, Ukraynaya yardımla bağlı danışıqlar çərçivəsində Macarıstan Aİ-nin sərhəd təhlükəsizliyi üçün maliyyənin artırılması təklifini, həmçinin Aİ-nin əlavə subsidiyalarını nəzərdən keçirəcək.
Müşavir qeyd edib ki, Macarıstan hələ də Kiyevə kömək üçün dörd illik plana qarşıdır. Macarıstan Aİ-nin bir illik plan təklif etməsinə üstünlük verəcək