Macarıstan Almaniyanın xarici işlər nazirinin səfərini ləğv edibbackend

Macarıstan Almaniyanın xarici işlər nazirinin səfərini ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Berbokun iyulun 8-də ölkəyə planlaşdırılan səfərini ləğv edib.

NOCOMMENT.az  BBC-ə  istinadən xəbər verir ki, Berbok macar həmkarı Peter Siyarto ilə danışıqlar aparmalı idi.

Almaniya XİN isə öz növbəsində Berbokun Budapeştə səfərinin daha sonra baş tutacağını və səfərin ləğv edilməsinə təəssüf etdiklərini açıqlayıb.

Xatırladaq ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına sədrlik edir. Ölkənin Baş naziri Viktor Orbanın iyulun 5-də Moskvaya razılaşdırılmamış səfər etməsi Aİ və NATO-dan olan tərəfdaşların narazılığına səbəb olub. Səfərə münasibət bildirən Almaniya Kansleri Olaf Şolts qeyd edib ki, Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara Aİ-nin xarici siyasət nümayəndəsi kimi deyil, Macarıstanın Baş naziri olaraq gedib.