Macarıstan Azərbaycan qazını qəbul etməyə hazırdır – XİNbackend

Macarıstan Azərbaycan qazını qəbul etməyə hazırdırXİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan gələcək enerji balansında Azərbaycan qazının tədarükünü nəzərə almaqda maraqlıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Trend-ə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin beynəlxalq energetika üzrə komissarı Dora Zombori deyib.

O bildirib ki, enerji idxalı mənbələrinin və marşrutlarının şaxələndirilməsi ölkənin strateji marağıdır:

“Biz gələcək enerji daşıyıcıları balansımızda Azərbaycan qazının tədarükünü nəzər almaqda maraqlıyıq. 2020-ci il noyabrın 15-də Trans-Adriatik boru kəməri konsorsiumu (TAP AG) kəmərin kommersiya istismarına hazır olduğunu elan edib. Marşrutlara gəldikdə “Şaquli dəhliz” layihəsi daha bir vacib mərhələyə qədəm qoyub, belə ki, Rumıniyada BRUA layihəsinin birinci mərhələsinin işlənməsi başa çatıb.

Bu layihə alternativ təbii qazın Rumıniya şəbəkələri vasitəsilə Macarıstana nəql olunmasına imkan verəcək. Biz əvvəlki kimi əminik ki, Yunanıstan və Bolqarıstanda şəbəkə lazımi dərəcədə inkişaf etdikdən sonra Mərkəzi Avropa ilə Azərbaycanda fiziki birləşmə 2022-2023-cü illərdə təmin olunacaq”.

D.Zombori qeyd edib ki, Macarıstan həm də İon-Adriatik boru kəmərinin reallaşdırılmasını dəstəkləyir. Bu layihə Azərbaycan təbii qazının “Cənub Qaz Dəhlizi”ndən Balkan ölkələrinə nəqlini nəzərdə tutur və hələlik planlaşdırma mərhələsindədir: “Macarıstanın təbii qaz nəqli sistemi bu istiqamətlərdən Azərbaycan təbii qazını qəbul etməyə hazırdır”.