Macarıstan BMT-dən Ukraynadakı silah arsenallarına nəzarət etməyi xahiş edibbackend

Macarıstan BMT-dən Ukraynadakı silah arsenallarına nəzarət etməyi xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT münaqişə zamanı Ukraynada toplanmış külli miqdarda silaha nəzarət mexanizmi yaratmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün Facebook səhifəsində  fikrini bildirib.

Diplomat qeyd edib ki, son üç il ərzində Ukraynaya yüz milyardlarla avro dəyərində silah göndərilib və bu silahların taleyini ən azı qeyri-müəyyən kimi qələmə vermək olar. Siyarto vurğulayıb ki, Macarıstan bilavasitə yaxınlığında böyük silah ehtiyatlarının nəzarətsiz yığılması riski ilə yaşamaq istəmir.

“Buna görə də biz gözləyirik ki, BMT Ukraynada müharibə başa çatdıqdan sonra külli miqdarda silahın taleyi ilə bağlı məsələnin etibarlı həllini təmin edəcək mexanizm işə salsın”, – nazir yazıb.

O əlavə edib ki, bu məsələ ilə bağlı BMT baş katibinin müavini ilə məsləhətləşmələr ona nikbinlik verir.