Macarıstan Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bu tarixdə təsdiqləyəcəkbackend

Macarıstan Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bu tarixdə təsdiqləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayının əvvəlində Macarıstanda İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı parlamentdə səsvermə keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, parlamentin rəsmi saytında məsələnin gələn həftə parlamentdə müzakirəyə çıxarılacağı və martın 6-dan 9-na kimi hər iki ölkə üzrə ayrıca səsvermənin keçiriləcəyi bildirilir.

Budapeşt administrasiyası isə Finlandiya və İsveçin alyansa qoşulmaq üçün müraciətlərinə “etirazı olmadığını” bildirir.

Qeyd edək ki, Macarıstan müxalifəti əvvəllər təxirə salınan məsələ ilə bağlı Viktor Orban hökumətini tənqid edir.

Rusiya prezidenti Vladimir Putinlə “münasibətləri qoruyan” baş nazir Orban isə müharibədə Kiyevə silah göndərməkdən imtina edərək atəşkəs və sülh danışıqlarına çağırır.

NOCOMMENT.AZ