Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Aİ-nin onun dayandırılması barədə qərarına baxmayaraq, ölkəsi Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimi ləğv etməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Siyarto qeyd edib ki, ölkənin gələcəyi ilə bağlı qərar Brüsseldə deyil, Gürcüstanda qəbul edilməlidir.
“Və gürcülər Brüsselin xoşuna gəlib-gəlmədiyinə dair çox aydın qərar verdilər”, – Siyarto Aİ xarici işlər nazirlərinin görüşündən sonra macar jurnalistlərə bildirib.