“İsveçin təhlükəsizliyinə heç bir təhlükə yoxdur və buna görə də NATO-ya üzvlüyün təsdiqlənməsi üçün tələsməyə ehtiyac yoxdur”.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Daim İsveç siyasətçilərinin tənqidlərinə, ittihamlarına və iddialarına məruz qaldıqlarını qeyd edən xarici işlər naziri Peter Szijjarto, İsveçin Macarıstana qarşı “demokratiyaya malik olmadığı və diktatura olacağı” ittihamlarını səsləndirdiyini xatırladıb.
Peter Szijjarto bildirib ki, bu cür tənqidlər İsveçin NATO üzvlüyünü təsdiqləməmək üçün əsaslı səbəbdir.
Budapeşt hökuməti iyunun 28-də İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi sessiyasının payıza qədər təxirə salındığını elan edib.