Macarıstan İsveçlə hərbi müqavilə imzalayacaqbackend

Macarıstan İsveçlə hərbi müqavilə imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Budapeştin İsveç baş naziri Ulf Kristersson ilə görüşü öncəsi İsveçlə müdafiə sənayesi müqaviləsi imzalayacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz Macarıstanın böyüklüyünü nəzərə alaraq, bütün həll edilməmiş məsələləri bağlayacağıq və müdafiə sənayesində ciddi müqavilə imzalayacağıq, həmçinin hərbi əməkdaşlıqla bağlı bəzi həll yolları və ya məqsədləri müəyyən edəcəyik”, – deyə Orban bildirib.

O, həmçinin bildirib ki, bazar ertəsi Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü “nəhayət təsdiq edəcək”.