Macarıstan NATO-ya QARŞI ÇIXDI – Bu əməliyyatda iştirak etməyəcəkbackend

Macarıstan NATO-ya QARŞI ÇIXDI – Bu əməliyyatda iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Macarıstan NATO-nun Ukraynada Rusiyaya qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək. Biz bununla bağlı qurum ilə razılaşma əldə etmək niyyətindəyik”.

NOCOMMENT.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban belə deyib. Bildirib ki, gələcək baş katiblə razılaşmaq istərdik ki, NATO üzvü olsaq belə, Ukraynada ruslara qarşı Alyansın əməliyyatlarında iştirak etməyəcəyik:

“Biz üzvlüyümüzü qoruyub saxlayacağıq. Lakin NATO ərazisindən kənarda hərbi fəaliyyətlərdə iştirak etmək istəmirik və buna imkanımız olmalıdır”.

Baş nazir qeyd edib ki, bu məsələdə Macarıstan NATO-nun baş katibi postuna namizəd, Niderlandın baş naziri səlahiyyətlərini icra edən Mark Rutte ilə razı deyil. Biz bütün üzv dövlətlərə alyansın ərazisindən kənarda hərbi əməliyyatlarda iştirak etmək öhdəliyi qoyan NATO-nun baş katibini dəstəkləyə bilmərik.

O, həmçinin xatırladıb ki, Budapeşt Macarıstanın diz çökdürülməsini və Avropa İttifaqından çıxarılmasını təklif edən Ruttenin namizədliyinə qarşıdır.