Macarıstan parlamenti Ukrayna kəşfiyyatçılarının adlarını açıqlayıbbackend

Macarıstan parlamenti Ukrayna kəşfiyyatçılarının adlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan parlamentinin hakim fraksiyasının rəhbəri Fides Mate Koçiş Macarıstanda diplomatik pərdə altında işləyən və persona non-qrata elan edilən ukraynalı casusların adlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukrayna tərəfi siyasi qarayaxma kampaniyası məqsədilə xüsusi xidmət orqanları ilə bağlı bəyanat dərc edib və bu, Budapeşti hərəkətə keçməyə sövq edib.

Koçiş bildirib ki, Ukrayna casusları Ukrayna səfirliyinin birinci katibləri Yuri Kerniçni və Dmitri Kriçfaluşi olub. Həmçinin Budapeştdə Ukrayna diplomatik missiyasının keçmiş əməkdaşı Sergey Aleksandrov saxlanılıb, sonra deportasiya edilib. Onun Macarıstana girişi beş il müddətinə qadağan edilib.