Macarıstan Rusiya ilə Qərbin anti-Rusiya sanksiyalarından təsirlənməyən bütün sahələrdə əməkdaşlığı yaxşılaşdırmağa çalışır.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyası çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.
“Biz Rusiya ilə Macarıstan arasında sanksiyaların təsirinə məruz qalmayan bütün sahələrdə iqtisadi münasibətləri yaxşılaşdırmaq istəyimiz barədə çox açıq danışırıq”, – nazir vurğulayıb.
Siyartonun sözlərinə görə, Budapeştin Rusiya Federasiyasına qarşı sanksiya rejimini “bəyənmir”, lakin Macarıstan sanksiyalarla bağlı müəyyən Avropa qaydalarına əməl etməyə məcburdur.