Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə israilli həmkarı Gideon Saar ilə görüşdən sonra mətbuat konfransında çıxış edərək, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin təmaslarının Ukraynadakı münaqişənin həllinə kömək edəcəyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əgər Donald Tramp və Vladimir Putin arasında birbaşa təmaslar qurularsa, o zaman qonşumuzun ərazisindəki müharibənin nəhayət ki, bitəcəyinə çox yaxşı ümid bəsləyəcəyik”, – Siyarto paylaşıb.