Macarıstan Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqeyini açıqlayıbbackend

Macarıstan Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqeyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan enerji təchizatı sahəsində Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib.

“Biz bunu heç bir şəkildə dəstəkləməyəcəyimizi açıq şəkildə bildirdik”, – deyə siyasətçi bildirib.

Macarıstanın xarici işlər naziri qeyd edib ki, 17-ci sanksiyalar paketi Ukraynanın Rusiyanın enerji sektoruna təzyiqi artırmaq çağırışları fonunda baş tutan Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə müzakirə olunub.

Bundan əvvəl Szijarto bildirib ki, Macarıstan Ukraynaya hərbi dəstəyin davam etdirilməsini bəyənməyəcək. O vurğulayıb ki, Budapeşt üçün sanksiyaların artırılması və ya Kiyevə silah tədarükünün artırılmasındansa, münaqişənin diplomatik yolla həlli daha böyük prioritetdir.