Macarıstan sabiq ədliyyə naziri siyasətdən gedibbackend

Macarıstan sabiq ədliyyə naziri siyasətdən gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa siyasətdən getdiyini açıqlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Budapeştdə verdiyi bəyanatda Macarıstan Prezidenti Katalin Novakın keçən il pedofiliya cinayətində əli olan bir şəxsi əfv etmək qərarının hazırlanmasına cavabdeh olduğunu vurğulayıb.

“Prezidentin qərarının hazırlanmasına görə siyasi məsuliyyəti öz üzərimə götürürəm. Mən ictimai həyatı tərk edirəm, parlament üzvü və Avropa Parlamentinə seçkilərdə siyahının lideri kimi mandatımdan imtina edirəm”, – Varqa bildirib.

Xatırladaq ki, yaranmış qalmaqal fonunda Macarıstan Prezidenti Katalin də dövlət başçısı vəzifəsindən postundan istefa verib.