Macarıstan Türkiyəyə növbəti dəfə tibbi ləvazimat göndərdi – 105 tonbackend

Macarıstan Türkiyəyə növbəti dəfə tibbi ləvazimat göndərdi – 105 ton

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici ticarət naziri Peter Szijjarto, 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra dost və qardaş ölkə olan Türkiyəyə kömək etməyə davam etdiklərini və bu çərçivədə 105 ton tibbi ləvazimat göndərdiklərini söylədi.

NOCOMMENT xəbər verir ki, Türkiyə Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Szijjarto çıxışında təbii fəlakəti narahatlıqla izlədiklərini və Türkiyəyə yardımların çatdırılması üçün dərhal hərəkətə keçdiklərini bildirib.

Macarıstanın bölgəyə 167 axtarış-xilasetmə qrupu və 29 xüsusi təlim keçmiş it göndərdiyini, qrupların dağıntılar altından 35 nəfəri xilas etdiyini bildirən Szijjarto, dost və qardaş ölkə olan Türkiyəyə kömək etməyə davam etdiklərini, 105 ton tibbi ləvazimat çatdırdıqlarını bildirib.