Macarıstan Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdırbackend

Macarıstan Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazır olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) kuluarlarında Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto bildirib.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Budapeşt ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir.

“Biz inanırıq ki, bəlkə də regionda sülhə nail olmağın yeganə yolu Rusiya və ABŞ arasında razılaşmadır”, – Sijarto deyib.