Macarıstan Ukraynaya yeni vəsaitlərin ayrılmasını əngəlləyirbackend

Macarıstan Ukraynaya yeni vəsaitlərin ayrılmasını əngəlləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü zamanı Ukraynaya hərbi yardım üçün 5 milyard avro ayrılmasına mane olmaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Belçikanın xarici işlər naziri Adja Lyabib bildirib.

O, Aİ xarici işlər nazirlərinin görüşündə vəziyyətin gərgin olduğunu qeyd edib.

“Biz bir ölkənin Sülh Fondundan Ukrayna üçün ayrılan vəsaiti blokladığının şahidi olmaqda davam edirik. 5 milyard avro Macarıstan tərəfindən bloklanıb, Ukraynanın isə onlara təcili ehtiyacı var”, – deyə Lyabib bildirib.

“Belçika hesab edir ki, bir neçə ay əvvəl Aİ liderlərinin sammitində razılıq vermiş Macarıstanın indi bu yardımı əngəlləməsinə icazə verilməməlidir”, – deyə xarici işlər naziri vurğulayıb.