Macarıstan XİN rəhbəri: “Aİ Mərkəzi Avropa ölkələrindən gəncləri Ukraynaya döyüşməyə göndərmək istəyir”backend

Macarıstan XİN rəhbəri: “Aİ Mərkəzi Avropa ölkələrindən gəncləri Ukraynaya döyüşməyə göndərmək istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın XİN başçısı Peter Siyarto bildirib ki, Avropa İttifaqı Kiyevdə artan itkilər səbəbindən Mərkəzi Avropa ölkələrindən gəncləri Ukraynaya döyüşməyə göndərmək üçün məcburi hərbi xidmətə çağırışı qaytarmaq istəyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Aydındır ki, eskalasiya ilk növbədə qonşuluqdakı ölkələrə təsir edəcəyi üçün qoşunların əvvəlcə coğrafi baxımdan ən yaxın ölkələrdən göndərilməsi ilə bağlı arqumentləri aydın eşidə bilərsiniz”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, ümumavropa hərbi xidmətə çağırışın tətbiqi Mərkəzi Avropa ölkələrindən, o cümlədən Macarıstandan gənclərin silahlı münaqişələrə göndərilməsi deməkdir.

O, Aİ ölkələrini ümumavropa məcburi hərbi çağırış haqqında danışmağı dayandırmağa çağırıb və əlavə edib ki, Macarıstan öz qoşunlarını Ukraynaya göndərməyəcək.